Mərasimdə 33 yaşlı nazir sinə dekoltesi ilə diqqət mərkəzində olub
İtaliyanın baş naziri Mateo Renzinin formalaşdırdığı yeni hökumətin ən gənc və gözəl naziri olaraq qəbul edilən nazir Mariya Yelena Boşi mərasimlərin birində geydiyi sinə dekolteli qırmızı geyimi ilə bütün diqqəti üzərinə cəmləməyi bacarıb. İtaliyanın mədəniyyət mərkəzlərindən olan Florensiya şəhərində təşkil edilən "Maggio musical Fiorentino" musiqi mərasimində iştirak edən ölkənin mədəniyyət naziri Mariya Yelena Boşi geydiyi qırmızı geyimlə göz qamaşdırıb. Mərasimdə 33 yaşlı nazir sinə dekoltesi ilə diqqət mərkəzində olub. Bunu fürsət bilən paparazzilər isə nazirə yaxınlaşaraq daha yaxşı şəkillər çəkməyə çalışıblar. 2013-cü ildə İtaliya deputatlar palatasının üzvü olan xanım Boşi bu il fevral ayında İtaliyada demokratik partiya lideri Mateo Renzinin yeni hökümət formalaşdırması ilə nazir postuna təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?