Çində bir qadının nümayiş etdirdiyi hərəkət görənləri heyrətə gətirib. Çində lüks hotellərdən birinin 11-ci mərtəbəsində müştərilərdən biri soyunaraq çılpaq şəkildə pəncərədən kondisionerin bayırdakı hissəsinin üzərinə çıxıb. O, yüksəklikdən qorxmayaraq kondisionerin üzərində rəqs etməyə başlayıb. Hadisə yerinə gələn polis və xilasetmə qrupları əvvəlcə qadının özünü ataraq intihar etmək istədiyini düşünüb. Lakin hotelin qarşısında toplanan kütlə çılpaq qadının kondisioner üzərində göstərdiyi rəqsin şahidi olublar. Hotel otağına girən polis işçilərindən biri üzərini örtməsi üçün qadına dəsmal uzadıb və içəriyə girməsi üçün yemək və içki təklif edərək razı salmağa çalışıb. Qadın isə polisin təklif və xahişlərini vecinə almayıb. Hotelin qadın müştərisinin sadəcə bir təmizlik işçisi ilə dil tapdığı bildirilib və polis həmin işçidən kömək istəyib. İşçinin hadisəyə müdaxilə etməsilə çılpaq qadını içəri salmağa müvəffəq olublar. Xilasedicilər qadının qışqırıb qaçmağa çalışdığını bildirir. Qeyd edək ki, qadının qaldığı otaqda narkotik maddə tapılıb və aparılan yoxlamalar nəticəsində onun həmin narkotik vasitədən istifadə edtfiyi məlum olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?