Daha bir azərbaycanlı model ailə qurmağa hazırlaşır.
ANS PRESS-in məlumatına görə, "Venera Model & Cast" agentliyinin modellərindən biri olan Səbinə Allahverdiyeva ərə gedir. Xanımın seçdiyi şəxs isə məşhur rejissor Şahin Zəkizadədir. Cütlüyün sentyabr ayında nikaha girib, toy edəcəkləri barədə xəbər yayılıb. Şahinin sözlərinə görə, toy daha öncə olmalı idi, amma atasının sağlamlığında problemlər yarandığından təxirə salmalı olublar:
"Atam əməliyyat olunub, şükür hal-hazırda vəziyyəti normaldır".
Qeyd edək ki, Səbinə Allahverdiyeva ailə qurduqdan sonra modellik biznəsindən uzaqlaşacaq. O bundan sonra cəmiyyət arasında hicabda görünəcək.
Sorğu
Yeni dizaynımız necədir?