Romalı Perihan kimi tanınan 74 yaşlı məşhur aktrisa Perihan Benli xəstəxanaya yerləşdirilib.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilir.
Məşhur sənətçi Ası Maralman sosial media üzərindən etdiyi açıqlamasında, "Sevgili Romalı Perihan, Bağçılar İlkim Xəstəxanasında ağır vəziyyətdədir. Allah şəfasın versin, tezliklə aramızda olsun" deyə, yazıb.
Qeyd edək ki, Romada doğulan və böyüyən Perihan Benli Yılmaz Güney və Zeki Alasya kimi dövrün məşhur aktyorlarıyla eyni filmlərdə rol alıb. 74 yaşındakı Benli Zeki Mürenin ona verdiyi ləqəbə görə "Romalı" olaraq tanınır. Avropa mediasında isə "Peri Han" olaraq məşhurdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?