Sənət adamı rahat yaşamalıdır. Məişət problemləri, sənətinə aid olmayan məsələlər onu narahat etməməlidir.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev "5/5" verilişində deyib.
Sənətçi bildirib ki, ona qarşı "qara piar" edilib:
"Mənə qarşı "qara piar" etdilər. Onlara cavabımı ifamla verirəm. Bəzi prodüserlər var arxamca deyirlər ki, Elton xaric oxuyur.
Bu günə kimi işlədiyiniz bütün müğənniləri yığsanız, mənim ifama çatmaz. Mən abırsız deyiləm, nəyəsə görə özümü qabağa atmağı sevmirəm. Verilişə çağrılanda həvəsim olmursa, efir xatirinə getmirəm".
Sorğu
Yeni dizaynımız necədir?