Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova İzmirə yollanıb.
Axşam.az-ın məlumatına görə, "Yandım evladım" mahnısına klip çəkdirən sənətçi daha sonra istirahət edib. Sözləri Günelin özünə məxsus olan mahnının klipini rejissor Yekta Özbilen lentə alıb.
Gəzinti zamanı sevgilisi Cem Ozan Torunlar da G.Zeynalovanı tək qoymayıb. Ozan sevgilisinin mahnı oxuyarkən çəkilən videosunu paylaşaraq "Bu yay hər kəs "Yandım evladım" dinləsin" şərhini yazıb.
Sevgililərin istirahət zamanı çəkilən şəkillərini dostları paylaşıb.
Qeyd edək ki, G.Zeynalova Ozan Torunlarla birlikdə pizza evi açıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?