Malayziya polisi klipində islam dinini aşağılayan müğənni Neymvini nəzarət altına alıb.
gundemxeber.az teleqraf.com-a istinadən bildirir ki, ölkənin məşhur müğənnisi sayılan Neymvi "Oh my God" ("Aman, Allahım") adlı klipində Malayziyadakı bir məscid, bir kilsə və buddist məbədinin içində dinləri və mədəniyyətləri özündə əks etdirən paltarlar geyinən bir neçə nəfərlə rəqs edir. İfa etdiyi mahnıda isə "Allah" sözü keçir və azan səsi eşidilir.
İslamı və müqəddəs dəyərləri təhqir etmək iddiası ilə 33 yaşlı müğənni hava limanında saxlanılıb. Polis klipin islama qarşı olduğuna dair şikayətlər olduğunu açıqlayıb.
Əsl adı Vi Menq Çi olan müğənni təhqir dolu mahnılarıyla tanınır və klipinin dini uyğunlaşmanı təbliğ etdiyini söyləyir.
Sorğu
Yeni dizaynımız necədir?