Günay İbrahimli yeni yaradıcılıq işlərindən danışıb. Musavat.com saytına açıqlamasında müğənni bildirib ki, yeni təqdim etdiyi "Zəmanət" adlı duet çox bəyənilib:
"Ayazla duetimiz sevildi. Verilişlərə bir yerdə çıxırıq ki, tamaşaçılar mahnını daha yaxşı mənimsəsin. Klip çəkdirmək haqda düşünürük. Gələn həftə söz-musiqisi hacı Nazimə, aranjmanı Caner Tepecikə məxsus olan mahnımı təqdim edəcəyəm. Başqa bir mahnıya isə klip çəkdirəcəyəm. Hələ ki, mahnının sürpriz qalmasını istəyirəm. Orada tamaşaçılar fərqli Günay görəcəklər. Çəkilişlər xarici ölkələrin birində baş tutacaq. Hazır olan kimi onun da təqdimatını keçirəcəyəm".
Günay Azərbaycanda klip telekanalının olmamasından da gileylənib: "Klipləri çəkirik qalır, bizdə klip telekanalı yoxdur. Ancaq TMB-yə verə bilirik və sosial şəbəkələrdə yayımlayırıq. Klip telekanalı olsa, müğənnilərin də işi asanlaşar. Klipi daha rahat tamaşaçılara çatdırarıq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?