İndi kişilər var ki, arvadın ətəyindən ayrılmır, a balam, imkan ver də arvada, yaşasın. gundemxeber.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Zöhrə Abdullayeva ailə həyatı haqda "Ondan sonra" verilişində danışarkən deyib. O, müğənnilərə yuxarıdan aşağı baxanlara səslənib:
"Müğənnilərin çoxunun bəxti gətirmir. O qadınlar ki var - oliqarx arvadları, hansı ki, gəlirlər məclisə, müğənnilərə yuxarıdan aşağı baxırlar. Bax bizim bəxtimiz onlara yazılıb. Onlara demək istəyirəm ki, siz istədiyiniz kimi müğənnilərə yuxarıdan aşağı baxın, amma biz əskik adamlar deyilik. Şəxsən mən özümü hamıdan üstün hesab edirəm".
Sorğu
Yeni dizaynımız necədir?