“TV 8” ekranlarında yayımlanan moda proqramı “İşte Benim Stilim”də azərbaycanlı iştirakçı Dəniz sarayın yalanı üzə çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yarışmada Dənizin adı boy qalmaqalında hallanıb. Belə ki, digər iştirakçı onun boyunun alçaq olduğunu desə də, həmyerlimiz onunla razılaşmayıb və boyunun 1.68 olduğunu bildirib.
Bunu görən münsiflərdən biri Nur Yerlitaşın təkidi ilə Dənizin boyu ölçülüb və məlum oldub ki, o, yalan danışır.
Azərbaycanlı iştirakçının boyu 1.60 santimetr olub.
Sorğu
Yeni dizaynımız necədir?