Zuhal Topalın evlilik proqramı sayəsində məşhurlaşan Naz Milaya azərbaycanlı bəy elçi düşüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Naz Əli adlı bəy namizədə müsbət cavab verib və onunla çay içməyə razı olub.
Əldə etdiyimiz məlumata görə, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. Hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.
Lakin onu da qeyd edək ki, Türkiyə mətbuatı Zuhal Topal və Esra Erolun evlilik proqramlarının ssenari üzrə hazırlandığını iddia edir. Bu oyunun qurbanı olmaq istəməyən iştirakçıların sözlərinə görə, bəzi namizədlərə verilişdə uzun müddət qalması və süni şəkildə qalmaqal yaratması üçün yüksək məbləğdə maaş verilir. Ən maraqlısı odur ki, verilişə həqiqətən evlənmək üçün müraciət edən namizədlər də bu oyuna alət edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?