Müğənni Cennifer Lopez Ellen DeCeneresin aparıcılıq etdiyi şounun qonağı olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı ulduz niyə özündən cavan kişilərlə sevgili olduğu barədə danışıb:
"Mən xüsusi ilə özümdən gənc sevgili axtarmıram. Sadəcə bir insanlar qarşılaşıram, ondan xoşum gəlirsə, yaş önəmli deyil. Bu, təsadüfdür. Kasper Smart məndən kiçik olan ilk sevgilim idi, sadəcə nədənsə adım belə hallandı. Kişi məndən böyük də olar, kiçik də. Əsas onun xasiyyəti, ürəyi və xarizmasıdır".
O, Dreyklə sevgi yaşadığı barədə xəbərlərə isə belə reaksiya verib:
"Biz sadəcə ünsiyyət qurduq. O, mənə öz mahnısını verdi, istəyirdi ki, onunla birgə səsləndirim. Bir yerdə oxuduq. İndi mahnını nə zaman təqdim edəcəyini bilmirəm".
Sorğu
Yeni dizaynımız necədir?