Kilosu 720 manat olan alça alması ilə gündəmə gələn müğənni Təranə Qumral əsəbləşib.
gundemxeber.az big.az-a istinadən xəbər verir ki, bir kilo alça üçün hardasa sərvət xərcləyən ifaçı bir çoxları tərəfindən qınanılıb. Təranəni bu addımına görə təhqir edən insanlara müğənninin cavabı gecikməyib. O, üzünü həmin insanlara tutaraq onların ünvanına sərt sözlər səsləndirib:
"Ey mənim şəklimin altında gic-gic sözlər yazan geri düşüncəli səviyyəsizlər, özünüzü dilənçi kimi aparmayın. Hamınızın imkanı da var, geyimi də, bahalı telefonu da.
İşiniz-gücünüz müğənniləri, jurnalistləri qınamaqdır. Şəklimin altına biədəb sözlər yazanlara ayıb olsun. Qaldı ki alçaya, hər yerdə 10 manatdır, gedin, alın, zəhərlənin".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?