28 may Respublika Günü ilə əlaqədar olaraq bu gün Dövlət Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə Bayraq meydanında yürüyüş keçirilib.
Bu barədə xalq artisti Aygün Kazımovanın mətbuat katibi İsa Şükürov bildirib. Tədbirdə bir sıra dövlət işçiləri, o cümlədən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Sərhəd Qoşunları Xidmətinin rəisi Elçin Quliyev də iştirak edib. Açılışı Azərbaycanın xalq artisti Aygün Kazımova "Azərbaycan" mahnısı ilə edib. Keçirilən tədbirdə Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinə solist təyin olunub və ona fəxri diplom təqdim olunub. Tədbirin rəsmi hissəsindən sonra 5 km marafona start verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?