Əməkdar artist Nüşabə Ələsgərli itkilərindən danışıb.
gundemxeber.azaxşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin" verilişinə müsahibə verən müğənni anasının və bacısının itkisi ilə barışa bilmədiyini deyib:
"İtkilərim dalbadal oldu. Özümü toplaya bilmirdim. Hər zaman ağlayırdım. Yavaş-yavaş toparlanmağa çalışıram. Onları unutmaq mümkün deyil, unutmayacağam da... Ola bilər, yaram qaysaqlayar, amma heç vaxt sağalmaz. Ölənə kimi sağalmayacaq. İstəyirdim, bütün bunlar yuxu olsun. Mən hər gün 3 dəfə anama zəng vurub işlərimin hesabatını verirdim. İndi hər dəfə evə gedəndə yadıma düşür ki, anama zəng vurmamışam".
N.Ələsgərli konsert verəcəyini bildirib:
"Artıq səhnəyə qayıtmağa qərar vermişəm. İlin axırı Heydər Əliyev adına Sarayda konsert verəcəyəm. Proqram tutmağa başlamışam".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?