Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 44 nəfər Pakistan, 3 nəfər Banqladeş və 1 nəfər Filippin vətəndaşı saxlanılıb. Araşdırma zamanı Azərbaycan ərazisindən çıxarılan və respublikamıza gəlmək hüququ məhdudlaşdırılan Pakistan vətəndaşı Sana Ur Rahman və onunla əlbir olan, Azərbaycan vətəndaşı ilə nikahına əsasən hazırda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Bakıda məskunlaşmış Pakistan vətəndaşı, özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 43 nəfər Pakistan vətəndaşının işə düzəltmə adı ilə aldadılaraq Azərbaycana gətirilmələri məlum olub.
Sana Ur Rahman 2-3 min ABŞ dolları müqabilində onlara Azərbaycana elektron viza və Bakıya təyyarə bileti təşkil edib. Azərbaycanda onları qarşılayan Zıkar Ullah isə müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata keçirib. İş icazəsi alacağına, həmçinin həmyerlilərini işlə təmin edəcəyinə söz verib. Zıkar Ullah aldatdıqları şəxslərin inamını qazanmaq üçün bəzilərinə guya sənədlərinin müvafiq orqanlara təqdim olunduğunu bildirən saxta qəbz nümunələri verib, bəzilərinin tibbi müayinəsi təşkil edib. Həmyerliləri tərəfindən aldadılan şəxslər turagentlər vasitəsilə tanış olduqları qanunsuz miqrasiya kanalının təşkilatçıları olan Sana Ur Rahmanın və Zıkar Ullahın toruna düşdüklərini biləndə isə artıq gec olub.
Zikar Ullah – Saxlanılan şəxs: "O gəlməyə pul da aldı. 21 minin yarı pul mənimdi. Dedi mənə artıq ver qaytaracam. 14 min ona göndərdim. Biraz borcum var idi Pakistanda ora göndərdim. Bağışlayın".
Bundan əlavə, keçirilmiş tədbir zamanı uzun müddət Azərbaycan ərazisində qanunsuz yaşayan Filippin vətəndaşı Cemma Jimense də saxlanılıb. O sonuncu dəfə Azərbaycana 2011-ci ildə gəldiyini bildirib. Müxtəlif vaxtlarda iş icazəsi ilə fəaliyyət göstərdiyini və qanuni əsaslarla yaşadığını deyən Cemma Jimense 2016-cı ilin yayından bəri qanunsuz əmək fəaliyyəti ilə məşğul olub. Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?