Türkiyəli milyarder Ali Ağaoğlu və qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada görüntülənən “Zuhal Topalla” evlilik verilişinin azərbaycanlı iştirakçısı Naz Mila sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. O, həmçinin proqramın aparıcısı Zuhal Topalın kanal rəhbərliyi ilə əlaqə saxlayaraq azərbaycanlı iştirakçını layihədə görmək istəməməsinə də münasibət bildirib. N.Mila bu barədə “Instagram”ın canlı yayımına qoşularaq açıqlama verib. “Öz həyatımla bağlı sizə niyə açıqlama verməliyəm? Siz kimsiniz ki? İstəyərəm yaxta, taksi, ya da helikopterlə gəzərəm”, - deyə o vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?