Müğənni Nigar Camal rol aldığı “Kəklikotu” filmindən danışıb.
Açıqlama verən müğənni ilk dəfə özünü aktrisa kimi sınadığını deyib: “Çəkilişlər maraqlı keçir. Aktrisa olmağın bu qədər çətin olacağını düşünməmişdim. Müğənni səhnəyə çıxıb mahnı oxuyur, işi bitir. Aktrisa isə roldan-rola girməlidir, günlərlə, saatlarla yatmırsan. Çəkilişlər zamanı rejissor da, aktyorlar da mənə çox kömək edir. Rejissor daim məni yönlədirir. Çəkilişlər nə qədər maraqlı keçsə də, çətinlikləri çoxdur. Xeyli zədə almışam. Ayağımda yara izləri hələ qalıb. Istəyirəm kino yaxşı alınsın. Rolumu təbii oynamağa çalışıram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?