Ayın 19-u Roza Zərgərlinin “Hər gün” adlı mahnısı üçün klip çəkilişlərinə başlayırıq. Hazırlıqlar tamamlanmaq üzrədir. Əsas məkanımız Bakı kəndlərindən biri olacaq.
Bu sözləri Roza Zərgərlinin prodüseri, rejissor Anar Əliyev danışarkən deyib. İspanyola üslubunda çəkiləcək klipdə qaraçı taborunun prototipi əks olunacaq. Anarın dediyinə görə, mahnı yeni olmasa da, klip mahnını yenidən sevdirəcək. Bu ritmik mahnıdan sonra isə ard-arda 2 klip də çəkiləcək:
“1 ay ərzində 3 klip çəkməyi planlaşdırırıq. Hər şey istədiyimiz kimi getsə, hətta 4 klip də işləyə bilərik”.
Qeyd edək ki, Roza Zərgərli ilə Anar Əliyevin birgə işi olacaq klipin konkret süjet xətti yoxdur və Rozanın xüsusi geyimlərdə qaraçı rəqslərinə bənzər ispanyola üslublu rəqsləri gözənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?