Müğənni Natavan Həbibi toyuna dəvət etdiyi qonaqlar üçün bir çox qadağalar qoymuşdu.
Sənətçi qonaqlara ilk növbətə toya telefonsuz gəlməyi tapşırıb. Daha sonra isə o, dəvətnamədə qonaqlar üçün dress-code istəyib. Belə ki, xanımlardan qırmızı, ağ və yaşıl libas, kişilərdən ağ və qara kostyum geyinmələri istənilib.
Bəs görəsən, Natavanın bu istəyinə kimlər əməl etməyib?
Telefonla bağlı qadağaya demək olar ki, toyda heç kim məhəl qoymayıb. Hər kəs toya telefon aparıb, fotolar və videolar çəkərək sosial şəbəkədə yerləşdirib.
Geyimdə isə...
Xalq artisti Nazpəri Dostəliyeva toya boz rəngli libasda qatılıb. Üzərinə isə çəhrayı aksesuar taxıb. Müğənni Xatirə İslam bej rəngli libasla məclisə qatılıb. Prodüser Mədinə Məlik isə qara və qızılı paltar geyinib. Əməkdar artist Vəfa Zeynalova da dress-code əməl etməyib. O, bordo rəng libasdan istifadə edib. Əmkdar artist Səlim Abbasov da dress-code əməl etməyənlərdən olub. O, gecəyə bordo rəng pencək geyinib. Müğənni Nadir Qafarzadə isə məclisə qara pencək, boz şalvarla qatılıb. Nadir əvvəlcədən açıqlamasında deyib ki, mənə nə rahatdı onunla gedəcəm toya. Müğənni Elnur Məmmədov da toya yaşıl pencəkdən istifadə edib. Aparıcı Kamilə Babayeva isə güllü libas geyinib. Aparıcı Nurlana Cəfərova isə qara, üzəri güllü paltara üstünlük verib. Müğənni Sevda Sanəliyeva göy uzun yarıqlı paltardan istifadə edib. Əməkdar artist Tünzalə Əliyeva isə qaraya oxşayan yaşıl libas geyinib. Müğənni Elçin Cəfərovun xanımı Natavanın geyimlə bağlı istəyinə əməl etsə də, ifaçı özü buna məhəl qoymayıb. O, toya bej rəngli kostyumla qatılıb. Aparıcı Zaur Kamal da məclisə boz rəngli kostyum geyinib.
Sorğu
Yeni dizaynımız necədir?