Bir zamanlar Hollivudun məşhur cütlüyü olan Ancelina Coli və Bred Pit boşanma müddətində müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olublar.
Əsasən də 6 uşağın himayədarlığı barədə razılaşa bilməyən tərəflərin bir-biri ilə münasibəti soyumuşdu. Lakin son günlər media iddia edir ki, cütlük gizlicə görşürlər. Bu görüşlərdə Pitt uşaqları ilə vaxt keçirə bilir. Onlar bir zamanlar ailənin yaşadığı evdən bir qədər aralıda birgə vaxt keçirirlər. Bunun Ancelinanın qərarı olduğu deyilir. Çünki o, uşaqları ataları ilə görüşmək üçün evdən göndərəndə özünü pis hiss edirmiş, bu səbəbdən də görüşlərin daha səmimi keçməsi üçün ailəni bir araya gətirməyi düşünüb.
Digər iddialara görə isə, onlar bir zamanlar tez-tez getdikləri ev heyvanı satılan bir məkanda görüşürlər.
Sorğu
Yeni dizaynımız necədir?