Müğənni Emil Bədəlov həmkarlarının boşanma xəbərlərindən danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi "Xəzər maqazin"ə açıqlamasında ayrılıq xəbəri ilə gündəmə gələn həmkarlarını qınayıb:
"Boşandıqdan sonra bunu çıxıb efirdə danışmaq düz deyil. Axı o xanım sənin qeyrətin olub. Boşanmısansa, yenə də qeyrətindir. Hər bir adamın başına boşanma hadisəsi gələ bilər. Alınmırsa, boşanmaq lazımdır.
Efirdə demək ki, ərim zülm etdi, xəyanət etdi düz deyil".
Emil planlı şəkildə ailə quranları da tənqid edib:
"Yalançı evlilik edən özünü aldadır. Bəziləri planlı şəkildə evlənir ki, atasının pulu var, filankəsin qızıdır. Planla ailə qurmaq ən böyük ağılsızlıqdır.
6 ildir evliyəm. Sevgi var, əsas doğmalaşmaqdır. Elə bilirəm ki, yoldaşımla bir doğulub böyümüşəm"./AXSAM.AZ
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?