17 yaşlı müğənni Aleyna Tilki aranjmançı və dicey Emrah Karadumanla yaxtada görüntülənib.
Onlar dənizdən çıxıb zarafat edərkən paprassilərin hədəfinə düşüblər. Aleynanın 18 yaşı tamam olmadığı üçün gizli çəkilən səmimi görüntülərə görə Emrahın ciddi problemlə üzləşəcəyi deyilir.
Qeyd edək ki, ikilinin sevgili olduğu haqda xəbərlər yayılmış, lakin onlar bunu təkzib edərək dost olduqlarını iddia etmişdilər. Bu fotolardan sonra isə onların sevgili olduqları yenidən gündəmə gəlib. Şayiələrə görə, müğənninin 18 yaşı tamam olmadığı üçün sevgili olduqlarını gizlədirlər./axşam.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?