Verilişimə elə gəlirlər ki, elə bil "Aşıq Pəri" məclisidir. Gülməli sual verirəm, başlayırlar akademik kimi cavab verməyə. Bəsdirin də, özünüzü mənə göstərməyin. Şou bacarmırsınızsa, heç olmasa səsiniz olsun. Gündəm xəbər axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva deyib.
İfaçı "ATV maqazin onlarla" verilişində açıqlamasında bildirib ki, solo konsert verməyə hazırlaşır:
"Elə müğənni var ki, səhnədə dayananda tamaşaçı diqqətini cəlb edir. Götürək elə Tarkanı, səhnədə bir duruşu ilə hamının diqqətini çəkir.
Açıq havada konsert planlaşdırıram. Bu yay dincəlməyəcəm. Sınaq edəcəm. Konsert ən böyük arzumdur, görüm necə qarşılayacaqlar. İnanıram ki, gələn olacaq. Həm oxuyacam, həm də parodiyalar olacaq. İstəyirəm şou olsun. Sırf konsert darıxdırıcıdır, səhnədə öz ürəyim partlayar. Əsas odur insanları maraqlandırasan, tamaşaçılar yarıdan durub getməsinlər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?