Kənan İmirzaloğlunun həyat yoldaşı Sinem Kobala qarşı etdiyi hərəkəti paparatsilər dərhal kameralara çəkib.
Bir müddətdir "Hiyləgər Recai” filminin çəkilişləri üçün Sankt-Peterburqda olan Kənan İmirzalıoğlu İstanbula qayıdıb. Məşhur aktyor qayıdan kimi xanımı Sinem Koballa Bodruma gedib. Cütlük dünən çimərlikdə günəş vannası qəbul edərkən görüntülənib. Məktəbli sevgililər kimi bir-birinə sataşan cütlüyün rəftarı diqqət çəkib. Hətta Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına şapalaq vurub. Sinəm Kobal isə buna qəhqəhəsi ilə reaksiya verib. Ard-arda bir neçə siqaret çəkən Sinem Kobal paparatsilər tərəfindən görüntülənib. Məlumat üçün bildirək ki, 43 yaşlı Kənan İmirzalıoğlu ilə 30 yaşlı Sinəm Kobal 2014-cü ildə Bərgüzar Korel-Halit Ergenç cütlüyünün evində verdiyi dəvətdə tanış olub. Onlar 2016-cı ildə ailə qurub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?