Dünyaca məşhur model Gigi Hadid ideal bədən quruluşuna sahib olmasının sirrini açıqlayıb.
O, hər zaman sağlam qidalandığını və idman etdiyini deyib:
"Bunun üçün zala getməyinizə gərək yoxdur, qarın əzələləriniz üçün ən təsirli idman növü "kardio"dur. Evdə etdiyiniz ayaq hərəkətləri ilə də cazibədar görünüşə sahib ola bilərsiniz. Amma təkcə idman etməklə istədiyiniz bədən quruluşuna yiyələnə bilməzsiniz. Bunun üçün pəhrizdə olmağınız da şərtdir. Həftənin bir günü özünüzə istirahət verə, istədiyinizi yeyə bilərsiniz".
Boksla məşğul olan model bu idman növünün ruhu da gəncləşdirdiyini deyib: "Əsas məsələ odur ki, kalori yandırarkən həm də əylənirsiniz. Amma diqqət yetirməli olduğunuz daha bir məqam proqramlı çalışmağınızdır. Təqvim tutaraq ona əməl edin" .
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?