Aktrisa Pərvin Abıyeva Myanmada müsəlmanlara qarşı törədilən soyqırım haqda yazıb.
Aktrisa buna görə, insanlığından utandığını, belə insanlıqdansa it olub hürməyin yaxşı olduğunu deyib. Abıyevanın sosial şəbəkə hesabındakı paylaşımı izləyicilər tərəfindən müsbət qarşılanıb.
"Hər il bir terror, hər il bir vəhşilik, hər il milyonlarla insanları belə zülmlə öldürürlər! Axı niyə? Mən neçə gündür ki, izləyirəm, amma ürəyim dözmür. Bu cür vəhşilikləri paylaşa bilmirəm, əzab çəkirəm, amma düşündüyüm bir şey var. Bunlar hamısı siyasətdir. Hamısı da müsəlmanların başında çatlayır! Bu vəhşilikləri xristiana etsəydilər, xristianlar dünyanı dağıdardı! Əgər yuxarıdan onların ölümü üçün əmr gəlibsə biz nə çarəyik ki? Səsimizi duyurmağa çalışırıq, amma bu onların planıdır, duymazlar ki! Əmri verənlər zalımdır axı, bu əmrə uyan insanların heçmi Allahı yoxdur? İnsan həm də Allahı olan insan necə belə əzab-əziyyət verərək bu qədər insanı öldürər? Heç cür ağlım almır. Bilmirəm nə yazım, nə deyim! Bir onu bilirəm ki, insanlığımdan utanıram! Belə insanlıqdansa, it olub hürmək yaxşıdır! Allah bəlanızı versin!", - o, yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?