Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır.
gundemxeber.az-ın Axşam.az-a istinadən məlumatına görə, tədbir sentyabrın 22-də “Kristal hall”da baş tutacaq.
“Aygün Kazımova 30 il” adlanan gecədə müğənni izləyiciləri üçün jest edib. Belə ki, konsertə bilet alanlar üçün avtobus ayrılacaq. 28 May metrostansiyasının qarşısından xüsusi avtobuslar konsertə gedənləri götürəcək və “Kristal hall”a aparacaq. Tədbir başa çatdıqdan sonra isə tamaşaçılar avtobuslarla geri qaytarılacaqlar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konsert üzərində fransız xareoqraf və rejissor Red Bentifor çalışır. Tədbirin səs rejissorluğu Jerar Albodur. Jerar Rihanna, Betti Smit kimi ulduzlarla çalışıb. Konsertin ssenaristi Argentinadan gələn Santyaqo Fernandezdir. Layihədə A.Kazımovanın prodüserliyini gürcü Stefani Mqerbrişvili edir.
Səhnə dekorasiyası üzərində isə Tea Teliya çalışır. Konsertin musiqi prodüseri əməkdar artist, “Rast” qrupunun rəhbəri Rəşad Haşımovdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?