Müğənni Alişanın nişanlısı Eda Erol İnstaqram hesabında ayrılmaları ilə bağlı statusu inkar etsə də, məsələnin əsası aydınlaşıb.
Edanın "İki mədəni insan kimi ayrıldıq" statusundan sonra bacıları Bihter və Esra bunun yalan olduğunu, onun səhifəsinin hakerlər tərəfindən oğurlandığını iddia etmişdi. Lakin Alişanla Edanun bir-birlərini izləməyi dayandırması cütlüyün ayrılması iddiasını gücləndirib. Məsələ ilə bağlı Alişandan hələ də heç bir açıqlama verilməyib.
Üstəlik istifadəçilərdən biri müğənninin anasına "Həqiqətənmi, nişanları qayıtdı" sualını versə də, Suzan Tektaş sualı cavabsız qoyub.
Sorğu
Yeni dizaynımız necədir?