Stilist qarın və omba nahiyəsindən əməliyyat olunmağının səbəbini publika.az-a açıqlayıb.
O, fikirlərini belə dilə gətirib: "İlk dəfə 2005-ci ildə appendisit əməliyyatı keçirmişdim. Ancaq bu uğursuz əməliyyat idi. Həmin vaxtdan qarnımda ağrılar yaranmağa başladı. 15 ilə yaxındır əziyyət çəkirdim. Özüm arıq olsam da, hər il mənim qarnım kobudcasına yekəlirdi. Eybəcər forma alırdı və bu, məni çox narahat edirdi. Qarın nahiyyəsindən həm appendisit, həm də liposaksiya əməliyyatı keçirdim. Neçə illərdir əziyyət çəkirdim. Uğurlu əməliyyat olundu. Hazırda yaxşıyam, bu gün evə buraxılacam"./milli.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?