Artıq uzun illərdir ki, məşhur və sevilən rəqqasə Oksana Rəsulova və Azərbaycanın ən tanınmış stilist-vizajisti Nura Babayeva dostluğundan çoxlarının, xüsusilə də şou biznesin xəbəri var.
10 illik dostluq bir günün içində düşmənçiliyə çevrildi. Amma həyatda yox, serialda. Tezliklə OKSİ MEDİA production və Xəzər medianın birgə layihəsi olan , rejissoru Xanlar Ağayev, operatoru Nadir Mehdiyev, ideya müəllifi Oksana Rəsulova, ssenari müəllifi Kəmalə Qasımovanın hazırladığı yeni yayımlanacaq "Lal Yuxu" adlı serialda məşhur stilist Nura Babayeva ilk dəfə aktrisalıq edəcək. Həyatda çox yaxın dost olan Nura və Oksana serialda bir-birinə düşmən kəsiləcək. Serialda Oksananın düşməninin rəfiqəsi rolunda çəkilməyi Nuraya elə Oksana təklif edib. Son zamanlar aktrisa və ssenarist kimi bir çox filmlərdə rol alıb, ssenari yazan Oksana Rəsulovanın bu təklifi Nuranı əvvəl çox təəccübləndirsə də sonradan rəfiqəsi ilə eyni serialda rol oynamağa razılıq verib.
Baş rollarda Oksana Rəsulova və Şəhriyar Əbilovun çəkildiyi "Lal Yuxu" serialında stilist Nura Babayeva elə özünü canlandıracaq. Bu serialda stilist həmçinin aktrisa Təranə Əliyevanın qrimyoru kimi də çalışır. Daha ətraflı isə silist Nura Babayeva eksklüziv müsahibəsində danışdı.
"Düzdür, ilk dəfədir ki, serialda qisa bir epizodik rol alıram. Çox həyacanlı idim. Çünki, həyatdakı rəfiqəmin serialda düşməninin dostu rolunu canlandırmalı idim. Təsəvvür eləmirdim, mən Oksanaya necə düşman ola bilərəm axı? Amma, birtəhər alındı düşmənçiliyimiz. Rejissor da razı qaldı, Oksana da. Təki, həyatda düşmən olmaq heç vaxt bizə qismət olmasın.
Qeyd edim ki, "Lal Yuxu" serialında artıq öz rolumda çəkilmişəm, deyirlər ki, pis alınmayıb. Ona görə rolum məncə pis alınmayıb ki, mən serialda həyatdakı özümü canlandırmışam. Bəlkə də başqa rol olsaydı, məsuliyyəti daha ağır olardı. Serialda stilist rolunu canlandırdığım üçün bütün çəklişlərim elə öz çalışdığım məkanda "Beauty academy by Anar" da baş tutdu. Kamera arxasında işləməyə alışmışam, amma kameranın önü daha həyəcanlıdır. Çox filmlərdə və seriallarda qrimyor kimi çalışmışam.
Ən son qrimyoru olduğum film isə sentyabrın 14-də ilk dəfə qala gecəsi olan, baş rollarda Oksana Rəsulova, Elşad Xose, Fuad Poladov, Şəhriyar Əbilov, Təranə Əliyeva, İlhamə Qasımova, Babək Dünizadə və Nizarın çəkildiyi və sentyabrın 15-dən bütün kinoteatrlarda yayımlanacaq "Mələyin öpüşü" filmidir. Bundan əlavə Murad Dadaşovun "Bayram axşamı" filmində də qrimyor kimi işləmişəm. Ən çox da mənə gələn təkliflər elə filmlərdə qrim işi ilə əlaqəlidir. Onu da qeyd edim ki, mən 7 il əməkdar artistlər Rafael və Coşqunun qadın obrazlarının qrimyoru olmuşam. Gələcəkdə yenə filmdə, serialda aktrisalıq etmək təklifləri gəlsə, fikirləşərəm. Bu sahədə də özümü sınamaq istəyərdim. Hər halda mənim də işim bir başa yaradıcı işidir. Amma çox istərdim hətta deyərdim ki, arzumdur ki, kosmetika reklamlarına çəkilim. Öz cizgilərimi kosmetika reklamları üçün çox yaraşdırıram. Əgər kosmetika reklamlarına çəkilməyə təklif gəlsə, düşünmədən razılaşaram"./milli.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?