Türkiyə mətbuatı xəbər verir ki, məşhur şoumen Mehmet Əli Ərbil "Türk malı" serialının çəkilişlərində assistent qızdan xoşu gəlib və ona sevgi mesajları yazmağa başlayıb. Ancaq qız Ərbilin bu mesajlarına cavab verməyib. Mehmet Əli Ərbil serial rəhbərliyinə gedərək "Bu qızı işdən qovun" deyib. Ancaq film şirkəti assistenti işdən çıxarmayacaqlarını deyib. Film rəhbərləri vəziyyəti "Star Tv"də vəzifəli şəxslərə çatdırıb. Bundan sonra şirkət Mehmet Əli Ərbili işdən çıxartmağa qərar verib. Onun yerinə isə Hamdi Alkan keçib. Mehmet Əli Ərbilin illərdir aparıcılıq etdiyi “Çarkıfelek” müsabiqə proqramındakı işinə də son verildiyi iddia edilib. Mövzu ilə bağlı hələ bir açıqlama verilməyib.
Sorğu
Yeni dizaynımız necədir?