Müğənni Mətanət Əsədova əməkdar artist Mətanət İsgəndərlinin qızının toy məclisinə qatılan qonaqlar sırasında yer alıb.
Toya ağ paltar geyinən Əsədova sinə dekoltesi və açıq göbəyi ilə diqqət çəkib. Müğənninin fotolarını həmkarı Orxan Babazadə də sosial şəbəkədə paylaşıb. İzləyicilər M.Əsədovanın açıq sinəsini tənqid ediblər. Orxan daha sonra şəkildə şərh yerini bağlayıb. Qeyd edək ki, M.Əsədova ötən gün toyunun təxirə düşdüyünü deyib. O bildirib ki, artıq həyatında başqa biri var: "Əgər qarşıma çıxan hərtərəfli məni qane edərsə, sənəti ataram və ərə gedərəm. Mənə ailə önəmlidir. Eyni zamanda da pul önəmlidir. Pulsuz gəlsin qabağımda otursun? Elə olar? Bu, gülüncdür. Pulum yoxdur deyə, klip çəkdirə, konsert verə bilmirəm. Ac-yalavac birini neynirəm? Ona görə sənət atacam?"./axsam.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?