Daim qalmaqallı foto və videolarla gündəmə gələn azərbaycanlı gəlin namizədi Naz Mila bu dəfə erməni mahnısı ilə diqqət çəkib.
Belə ki, Naz Mila izləyiciləri üçün paylaşdığı videoda erməni ifaçılar Super Sako və Armençikin ifasında səslənən “She is mine” mahnısının sədaları altında saçlarını reklam edib. O, izləyicilərin tənqidinin qarşısını almaq üçün paylaşımının şərh bölməsini bağlayıb. Qeyd edək ki, Armençik Ermənistanın meqastarı sayılır və onun əsl adı Armen Qondracyandır. Xatırladaq ki, Naz sonuncu dəfə “Qarabağ” futbol klubu qalib olduğu halda qol vuran futbolçunun adını ombasına döydürəcəyi açıqlaması ilə gündəmə gəlmişdi. Onun bu sözləri izləyiciləri ilə yanaşı, prodüser Tarix Əliyevin də (Tolik) sərt tənqidinə səbəb olmuşdu. //Primetime.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?