Azərbaycanlı oliqarx Telman İsmayılovun maliyyələşdirdiyi, çoxdan gözlənilən toy baş tutub. Tanınmış teleaparıcı 41 yaşlı Lera Kudryavtseva 25 yaşlı hokkeyçi İqor Makarova ərə gedib. Toyda tanınmış teleaparıcının qohumları, dostları iştirak edib.
Toyun keçirilməsi üçün Moskvanın “Safisa” şadlıq sarayı seçilib. Burada bir çox tanınmışların, o cümlədən, müğənni Alsunun toyu, Nikolay Baskov və Filipp Kirkorovun ad günləri keçirilib. Gələn qonaqların arasında Natalya Podolskaya, Vladimir Presyakov, Dmitriy Malikov, Anfisa Çexova, Yuliya Saviçeva, Yuliya Kovalçuk, Keti Topuriya, Nikolay Baskov və şou-biznesin digər tanınmış nümayəndələri olub.
Xatırladaq ki, bu, Lera Kudryavtsevanın üçüncü, İqor Makarovunsa birinci evliliyidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?