Türkiyənin ATV kanalında yayımlanan "Kim Milyoner Olmak İster" istər verilişinin müxtəlif vaxtlarda efirə gedən 1 milyon lirəlik sualları barədə yazı hazırlanıb.
"Haberler"in hazırladığı yazıda qeyd olunub ki, ötəngünkü verilişdə Çağdaş İrfan Yıldırım adlı şəxs 1 milyonluq sual üçün yarışan ikinci iştirakçı olub. O, suala cavab verməyə ehtiyat edıb və 250 min lirə ilə oyunu tərk edib. Çağdaş bildirib ki, pulu təhsil üçün xərcləyəcək. Qeyd edək ki, ona verilən sual isə dini məzmunlu olub. Belə ki, sualda qeyd edilib: ""Qurani-kərim"də aşağıdakılardan hansına and içilməmişdir?" a) dəniz b) günəş c) arı d) qələm Doğru cavab c-dir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?