ARB TV-nin "Düz bazar" verilişinə bu dəfə prodüsser Təranə Səmədova qonaq olub.
Verilişdə azyaşlıların zorlanması mövzusu müzakirə edilib. Təranə bildirib ki, bu cür xəbərləri eşidəndə pis olur:
"Uzun müddət uşağımın atasının kimliyini açıqlamadım. Bu, mənim özəlimdir. Müzakirəyə çıxarılmasını istəmirəm. Bunu açıqlamırdım deyə, keçmiş həyat yoldaşıma müəyyən təpkilər göstərdilər ki, niyə uşağına sahib çıxmırsan? O da oradan çıxış edib ki, mənim uşağım deyil. Həmin aqressiyanın qarşılığında mən susa bilmərəm axı.
Sosial şəbəkələrdə yazırlar ki, uşağım bicdir. Uşağımın atasını çox gözəl tanıyıram. Sadəcə istəmədim ki, onun soyadını götürüm. Mənim uşağıma bic deyənlərin atasının kimliyi bəlli deyil. Mənim dünyaya uşaq gətirmək hüququm var idi və gətirdim".
Sorğu
Yeni dizaynımız necədir?