Türkiyə vətəndaşı ilə ailə qurub, İstanbula köçən aktrisa Cəmilə Tağıyeva həyat yoldaşının ikinci xanımı olması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Açıqlama verən aktrisa həyat yoldaşının birinci evliliyindən xəbərdar olduğunu deyib:
“Həyat yoldaşımın daha öncə evlənib boşandığını bilirəm. Bir ilə yaxın evli olublar. 4 ildir ki boşanıblar. Uşaqları da var. Qadın hər yerdə deyir ki, uşaq xəstədir, yoldaşım ona baxmır. Yalandır, sadəcə pul almaq istəyir. Ikimizi də şantaj edir. Deyir ki, pul verməsəniz, ikinizi də biabır edəcəyəm. mənə yazsa da, cavab vermirəm. Həyat yoldaşım onu məhkəməyə verib, mən də məhkəməyə müraciət edəcəyəm. hamıya yalandan deyir ki, uşağım xərçəng xəstəsidir. Amma elə deyil. Uşaq sağlamdır. Yoldaşım uşağına vaxt da ayırır, maddi kömək də edir. Qadın biznes qurub, batırıb. Yoldaşım evli olarkən ona 100 min pul verib. Biz qanunla danışacağıq”.
Qeyd edək ki, aktrisa Türkiyə vətəndaşı olan Murad Təmizlə ailə həyatı qurub. Cütlüyün İstanbulda da nikah mərasimi baş tutub. M. Təmizin eks-həyat yoldaşı Azərbaycan xəbər portalları ilə əlaqə saxlayaraq cütlük haqqında müxtəlif iddialar səsləndirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?