Ötən gün "Maşın”ı tərk edən Günel Ələkbərova şounun digər iştirakçıları jurnalist Ülviyyə Alovlu və aparıcı Vüsalə Kərimova ilə aralarında yaranan mübahisədən bəhs edib.
"Ülviyyə Alovlu ilə yaxşı münasibətim var. Sadəcə, o, hamıya müdaxilə edir deyə, mən əsəbiləşib demişdim ki, səni çıxaracağam. Anons isə elə hazırlanmışdı ki, sanki bizim böyük davamız olub”, - deyə G.Ələkbərova Oxu.Az-a açıqlama verib.
"O xanıma gəlincə isə (Vüsalə Kərimovanı nəzərdə tutur), əslində, hər şey normal idi. Sadəcə, o, birdən-birə tərbiyəsizlik etdi. Qadına yaraşmayan ifadələr səsləndirdi. Bundan sonra şouda ya o, ya da mən qalmalı idim. Əslində, mən qadınlara demişdim ki, gəlin, bir-birimizə dəstək olaq, kişiləri uzaqlaşdıraq, onlar da mənimlə razılaşmışdılar. Lakin o xanımın bu cür davranışından sonra heç bir qadın həmrəyliyindən söhbət gedə bilməzdi. Onun psixoloji problemləri var. O, anormaldır. Televiziya işçisidir deyə, başımıza çıxmalı deyil ki?!
Mən artıq 4-cü dəfədir "Maşın”da iştirak edirəm. Ona görə oyunun gedişatını yaxşı bilirəm. O xanım deyirdi ki, mənim rəqibim Talıbdır. Səsverməyə çıxsam, onu çıxaracağam. Amma şouda qalsın deyə, birini masaj edir, o birinə bilmirəm nə edir ki, onun şəklini atmasınlar. Hətta onunla eyni televiziyada işləyən həmkarları da ona qarşıdırlar. Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”,- deyə G.Ələkbərova söyləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?