Yarışmaya qatılacaq ifaçının adı münsiflər heyətinin noyabrın 8-i keçirilən iclasında açıqlanıb
Azərbaycanı «Eurovision-2018» mahnı müsabiqəsində Aysel Məmmədova təmsil edəcək. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məlumatında bildirilir. Yarışmaya qatılacaq ifaçının adı münsiflər heyətinin noyabrın 8-i keçirilən iclasında açıqlanıb. A.Məmmədova 1989-cu ildə musiqiçi ailəsində doğulub. Onun Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldığı, Azərbaycan Dövlət Konservatoriyasını bitirdiyi bildirilir. A.Məmmədova «Caspian Jazz&Blues Festival», Bakı Beynəlxalq Caz Festivalı, «MuzEnergo Festival of Music Improvisation», Montro Caz Festivalı, Qafqaz Caz Festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub. Pianoçu, vokalist və bəstəkar olan A.Məmmədovanın 2013-cü ildə tanınmış musiqiçilər Alexandre Coppaloni, 2015-ci ildə isə Deborah Carter-dən özəl dərslər aldığı deyilir. Qeyd edək ki, 2018-ci ilin Avroviziya mahnı müsabiqəsinin yarımfinalları mayın 8-i və 10-da, finalı isə mayın 12-də keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?