Aktrisa Pərvin Abıyevanın Azərbaycan kişilərini pisləməsi sosial şəbəkə istifadəçiləri ilə yanaşı məşhurlar arasında da müzakirəyə səbəb olub. gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Tunay Əliyeva Pərvini təhqir edərək onun ünvanına "Kişilər 500-1000 manatlıq qadına qarşı kobuddursa, bu sadəcə fəxrdir" sözlərini deyib. Bu sözdən sonra aktrisalar arasında biabırçı qalmaqal yaşanıb. Onlar bir-birinin ünvanına qeyri-etik ifadələr yazıblar.
Pərvin Tunayın sözlərinə sosial şəbəkədə cavab verib. O, aktrisanı əxlaqsız adlandırıb:
"Sən tulaya mən bir dəfə cavab vermədim, qadındır deyib, boş verdim. Bu dəfə sənin nə olduğunu deyəcəm. Sən kimə 500-1000 manatlıq deyirsən? Mənim ətrafımdakıların tanışlarının çoxu səninlə nəinki 500, 300 manata görüşüblər. Sənin avtobioqrafiyanı öyrənmişəm. Maşınla adam vurub qaçdın. Türkiyədə pulla görüşürsən. Üstəlik türk seriallarında "massofka" kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan? Neçə ildir türk kişiləri ilə görüşən sənsən. Mən Türkiyəyə gedib filmimi təqdim edib gəlirəm. Sənin kimi otelləri gəzmirəm. Özünü mələk kimi göstərmə. Sən mənim tayım deyilsən. Azərbaycan kişisinin birini maşında öldürən elə sən idin. Azərbaycan kişilərinin adını batırıb Türkiyədə pulnan görüşən də sənsən".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?