Bir müddətdir ki, porno videosu ilə gündəmə gələn Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva açıqlama verib. Reperin keçmiş həyat yoldaşının qaldığı evi “Xəzər maqazin” lentə ala bilib.
A.Cəbiyeva deyib ki, Anar övladları ilə maraqlanmır və onunla əlaqəni birdəfəlik kəsib:
“Anar evə, uşaqlara baxmırdı, maraqlanmırdı. Uşaqlar necə böyüməyindən xəbəri olmayıb. Gənclik ərazisində kirayə qalırdıq, problemlər böyüyürdü, Anar içirdi. Nə qədər adam hər şeyini qayınatadan istəyə bilər? İndiyənə kimi onun atası övladlarımın arxasındadır. Mən bunu danmıram. Mən Anarın yox, atasının çörəyini yemişəm.
Bir dəfə Anarın uşaqları ilə söhbət etdiyini görməmişəm. Yeni sevgilisini tanımıram. Dəfələrlə zəng etdim, bloka atdı. Dedi ki, xanımım səni mənə qısqanır. Ona söylədim ki, məsələ uşaqlardır. İstəsən də, istəməsən də biz üz-üzə gələcəyik, övladlarımız var”.
Qeyd edək ki, A. Nağılbaz müsahibəsində Aytən adlı xanımla ikinci dəfə ailə quracağını demişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?