GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Repçinin qalmaqallı Praqa həyatı, keçmiş arvadının xəyanəti və sağlamlığı ilə bağlı şok iddialar...

Repçinin qalmaqallı Praqa həyatı, keçmiş arvadının xəyanəti və sağlamlığı ilə bağlı şok iddialar...

Tarix: 5-12-2017, 17:50 Bölmə :Maqazin Baxış: 332
Repçinin qalmaqallı Praqa həyatı, keçmiş arvadının xəyanəti və sağlamlığı ilə bağlı şok iddialar...


Anar Nağılbazın Praqada yaşayarkən siflis xəstəliyinə yoluxması barədə iddialar doğrudurmu?

Mətanət Əzizova: “Arvadının “Watsapp” yazışmalarını görüb, vəziyyəti ağırlaşmışdı…”


Tanınmış repçi Anar Nağılbazın adı artıq bir neçə gündür ki, mətbuatda qalmaqallı olaylarda hallanmaqdadır. Əvvəlcə sənətçinin intim videosu yayıldı, keçmiş həyat yoldaşı onun haqqında ağır ittihamlar səsləndirdi, bütün bunların ardınca isə ötən gün repçinin Hepatit C xəstəliyinə tutulduğu məlum oldu.

Musavat.com-a daxil olan məlumatlara görə isə, repçi Praqada yaşayarkən siflis xəstəliyindən əziyyət çəkib. Onu bu xəstəliyə yoluxduran isə bir müddət birlikdə yaşadığı hansısa əxlaqsız qadın olub.

Xatırladaq ki, 2015-ci ildə Anar Nağılbaz ölkəni tərk edərək Praqaya köçmüşdü. Həmin vaxt Çexiyanın “Nova CZ” telekanalında qaçqınlara həsr olunan süjetdə ona da yer verilməsi geniş səs-küyə səbəb olmuşdu.

Yayılan iddialara görə, repçi ölkəni birdəfəlik tərk edərək Çexiyaya sığınıb və qaçqın düşərgəsində sığınacaq alıb. Lakin ifaçı açıqlama yayaraq bildirmişdi ki, haqqında yayılan informasiyalar yanlışdır və tezliklə yeni klipini təqdim edəcək. Bu açıqlamasının ardınca Anar Nağılbaz yenidən vətənə geri döndü.

Bəs, repçinin Praqada siflis xəstliyinə tutulması nə dərəcədə doğrudur? Anar Nağılbazın Praqaya gedişi və dönüşünün əsl səbəbi nə olub? Repçinin Praqa həyatı haqqında daha hansı maraqlı məqamlar var?

Mövzu ilə bağlı Qadın Krizis Mərkəzinin rəhbəri, hazırda Praqada mühacir həyatı yaşayan, Anar Nağılbazın yaxın dostlarından biri olmuş Mətanət Əzizova musavat.com-a danışıb: “Anarın Praqaya gəlişinin bir neçə səbəbi var idi. Bu səbəblər həm işsizlik, həm sağlamlıq, həm ictimai fəaliyyət və s. idi. O, Praqaya gələndə həmvətənlərimiz tərəfindən böyük hörmətlə qarşılandı. Yadımdadır ki, Praqaya təzə gəlmişdi, mərkəzdə gəzirdik, hansı dükanda, restoranda azərbaycanlı var idisə, Anarı görüb, çölə çıxıb salam verirdi. O, çox gözəl insandır. Anarla demək olar ki, hər gün görüşürdük. Maraqlı insandır, onu insan olaraq sevməmək mümkün deyil. Həqiqətən də onunla ünsiyyətdə olanda uşaq saflığı görürdüm. Xəyallar, nağıllar bu insanda hələ də qalıb və bu, çox xoş idi. Çox tərbiyəli insandır, hiss olunur ki, çox gözəl ailə tərbiyəsi görüb, bu insanlarla davranışında da görünür.

Anar Azərbaycanı tərk edərkən haqqında müxtəlif şayiələr gəzdi, o isə susmaq mövqeyini seçdi. Və Praqada gələcək həyatı haqqında düşünürdü, planları var idi. Məsələn, Çexiyanın məşhur repçiləri ilə danışıqlar aparır və Avropa festivalının təşkili haqda təşkilatı işləri görürdü. O, bu festivalın müəllifi və əsas təşkilatçısı idi”.

Mətanət Əzizova repçinin əxlaqsız qadın vasitəsi ilə siflis xəstəliyinə yoluxduğu haqda gəzən şayiələrə bu cür reaksiya bildirib: “Onun xəstə olması haqqında söz-söhbəti mən də eşitmişəm. Anarın xəstə olub-olmamasını dəqiq bilmirəm, amma yüz faiz bilirəm ki, sıx dostluq əlaqələrimiz olanda onun heç bir ciddi xəstəliyi olmayıb. Mən onunla həkimə gedirdim, çex dilindən rus dilinə tərcümə edirdim və həmin zaman orada heç bir zöhrəvi xəstəlik haqda eşitmədim”.

Mətanət Əzizovanın sözlərinə görə, repçi keçmiş arvadının “Watsapp” yazışmalarını gördükdən sonra ağır vəziyyətə düşüb: “Anarın sağlamlığında problemlər sonradan yarandı. Onun böyük arzusu var idi, çox istəyirdi ki, ailəsi yanına gəlsin. Deyirdi ki, oğlumu çex məktəbinə, qızımı bağçaya qoymaq istəyirəm, yoldaşım isə gözəllik salonunda çalışa bilər. İnanın səmimiyyətimə, onun söhbətləri ancaq və ancaq ailəsi idi.

Anar birotaqlı evdə qalırdı və ailəsi yanına gəlsin deyə çoxotaqlı ev axtarırdı. Amma yoldaşı Anjelika Praqaya gəlmək istəmirdi, min bir bəhanə ilə vaxtı uzadırdı. Buna görə də söz-söhbət artırdı. Anar yoldaşına “uşaqları götür, gəl” deyirdi. Anjelika isə hər dəfə “gələn ay” deyə bəhanə edirdi.

Anarın Praqada doğmaları yox idi, tənha idi. Hər dəfə deyirdi ki, “Balalarımı görmək istəyirəm”. Hətta bir dəfə bu haqda danışıb, yanımda ağladı. Xahiş etdi ki, “Sən Anjelika ilə danış, bəlkə sənə qulaq asdı”. Bundan sonra başladı, içməyə... Deyirdi ki, “Yoldaşımla söz-söhbətim olub, amma onu çox sevirəm…” Onu qınadılar ki, uşaqlarını atıb, amma inanmıram ki, o, uşaqlarını atsın. O, bədbəxtin sadəcə, pulu yox idi. Buna görə də onun bütün ailəsi ilə bağlı maddi məsələlərini atası həll edirdi.

Çexiyadan Azərbaycana geri dönməsinin əsl səbəbi sırf ailəsi idi. Əvvəl Anara yazdılar ki, “Sənin yoldaşın kimlərləsə ünsiyyətdədir”. Sonra isə bildirdilər ki, “Gəl, ailən başsız qalıb, dağıla bilər”. Daha sonra isə Anar yoldaşının “Watsapp” yazışmalarını gördü. Bilmirəm, orada nə var idi. Amma gecə evimə gəlib dedi ki, “Ölürəm, mənə kömək elə, ailəmi itirirəm, balalarım yazıqdır”. Vəziyyəti çox pis idi. Səhəri gün görüşdük, həmin vaxt yanımızda bir neçə azərbaycanlı da var idi. Halı pisləşdi, təcili yardım çağırdıq. Bu zaman boğazından, qulağından qan gəldi, bu, çox dəhşətli mənzərə idi. Səhəri gün Bakıya qayıtdı. Həmin gün ona Avropa pasportu verəcəkdilər, lakin o, bundan imtina etdi və Bakıya, ailəsinin yanına döndü. Və gördüyünüz kimi, bu, çox mənasız oldu. Onun səhhətindəki problemlər çox ciddidir və bu, yaşadığı streslərin təsirindən yaranıb”.

Məsələ ilə bağlı Anar Nağılbazın da mövqeyini öyrənməyə çalışdıq. Repçi siflis xəstəliyi ilə bağlı haqqında yayılan şayiələrə bu cür aydınlıq gətirdi: “Bu informasiyanı haradan götürmüsüz? Bu, şayiə deyil, hər halda kimsə yayıb. Praqada olanda sadəcə, səhhətimdə müəyyən problemlər yaranmışdı və buna görə istirahət zonasında bir kurs müalicə götürmüşəm. Heç kimdən gizlin deyil ki, öd kisəm, mədəm və sinirlərmlə bağlı əziyyət çəkmişəm”.

Repçi arvadının “Watsapp” yazışmaları haqda isə danışmaq istəmədiyini bildirdi.

Qeyd edək ki, repçinin anası Şərqiyyə Cəbiyeva oğlunun həyat yoldaşından ayrılmasının əsl səbəbi haqqında cehbe.info-ya danışarkən bunları bildirmişdi: “Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir... O, deyir ki, ev problemi olub. Amma onların ayrılmasının əsl səbəbi başqadır. Evdən əlavə, bunların başqa dərdləri də vardı. Bu haqda danışmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda televiziyaya çıxıb, onların həyatını danışmayacağam ki? Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Nağılbazın video görüntülərini yayanı hansı cəza gözləyir?

    Anar Nağılbazın video görüntülərini yayanı hansı ...

    4-12-2017, 20:30

  • 
  • Anar Nağılbazın keçmiş nazirlə elə görüntüsü yayıldı ki - FOTO

    Anar Nağılbazın keçmiş nazirlə elə görüntüsü ...

    31-05-2017, 23:03

  • 
  • ​Anar Nağılbaz reanimasiyaya yerləşdirildi

    ​Anar Nağılbaz reanimasiyaya yerləşdirildi ...

    4-12-2017, 21:26

  • 
  • Anar Nağılbazın halı pisləşdi - Xəstəxanaya yerləşdirildi

    Anar Nağılbazın halı pisləşdi - Xəstəxanaya ...

    1-12-2017, 11:47

  • 
  • Anar Nağılbazın videosundakı qadından son xəbər - VİDEO

    Anar Nağılbazın videosundakı qadından son xəbər - ...

    3-12-2017, 15:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (362)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu