Məşhur reper Səid Əliyev (Dado) Natavan Həbibini çox sevdiyini və ondan boşanmaq niyyətində olmadığını açıq şəkildə etiraf edib.
Natavan Həbibinin boşanmaq üzrə olduğu həyat yoldaşı və repçi Dado sosial şəbəkədə nikahlarının saxta olması haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, həyat prinsiplərini pula görə satanlardan olmadığını söyləyib: “Heç bilmirəm nədən başlayım. Ailəmizin dağılmağından, ya reytinq üçün ağlına gələn xəbəri yazan, özünə “redaktor” deyənlərdən… Siz özünüzü necə tanıyırsız bilmirəm, amma mən o kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum”. Reper pul üçün ailə qurması ilə bağlı yayılan iddialara da kəskin reaksiya verib: “Adam kişi olar. Bu söhbəti çıxaranlardan ayrı danışacağıq. Belə absurd xəbərin haradan çıxardığınızı mənə təqdim edəcəksiz. Şər və böhtan ortadadır. Kimsə özünü bu rolda görə bilər, belə addımlara normal baxır. Deyərsiz ki, şou-biznes adamlarıdır və s. Xeyr! Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılır. Özünüzə gəlin, bu, nə biabırçılıqdır. İnsanlığınızı itirməyin, bu günün sabahı da var. Natavan, olanlara görə məni bağışla! Sən mənim ailəmsən və ailəmizin dağılmasına imkan verməyəcəm. Səni sevirəm”. Qeyd edək ki, müğənni Natavan Həbibi bir neçə gün bundan əvvəl instaqramda Dado ilə boşanacağını elan etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?