Atası Fələstin qaçqını olan dünya şöhrətli model Bella Hadid Londonda ABŞ prezidenti Donald Tramp əleyhinə təşkil edilmiş etiraz aksiyasına qatılıb.
Model Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edib. Aksiya zamanı Bellanın yanında cangüdəni də olub. Məşhur modeli aralarında görən etirazçılar onunla xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, Bella hadidin atası Məhəmməd Ənvər Hadid 1948-ci ildə Fələstindən mühacir edib. O, ABŞ-a yerləşməzdən əvvəl bir müddət Suriya, Tunis və Yunanıstanda yaşayıb. Məhəmməd hazırda Los-Ancelesin tanınmış əmlakçılarındandır. Bella Hadid də xeyli sərvətə sahibdir.
Sorğu
Yeni dizaynımız necədir?