Heç kimin fikri mənə maraqlı deyil. Deyilənləri qulaq ardına vururam. Mənim 26 yaşım var. Bunları canım istəyərək edirəm. Bu həyat mənimdir. Özüm bilərəm.
gundemxeber.az xəbər verir ki, bu sözləri ARB TV-nin "Günə son" proqramına açıqlaması zamanı Türkiyədə evlilik yarışmasından məşhurlaşan model Naz Mila deyib.
O, ona edilən tənqidlərə fikir vermədiyini bildirib və aylıq gəlirinin yaxşı olduğunu deyərək, filmlərə təklif aldığını qeyd edib:
""İnstagram"da reklam olduğu vaxtlar da olur, olmadığı vaxtlar da. Amma maddi gəlirim yaxşıdır. Başqa da modellik edirəm, klip, film təklifləri gəlir. Maddi olaraq qane etmədiyinə görə qəbul etmirəm. Məndə ləhcə olduğu üçün Türkiyədə çox qəbul etmirlər. Azərbaycandan da bir filmə təklif gəldi, qəbul etmədim. Düşündüm ki, yaxşı ki də qəbul etməmişəm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?