Müğənni Fədayə Laçının həbs müddəti daha 3 ay uzadılıb. Bu barədə onun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı bildirib
Vəkil deyib ki, Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti aprelin 25-dək uzadılıb:
“Müvəkkilim həbs müddətinin uzadılması qərarı ilə razılaşmayıb. Bu səbəbədən də Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişik. Məhkəmənin vaxtı hələ dəqiqləşməyib”.
Oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?