Müğənni Xatirə İslamın ötən gün görünüşündə etdirdiyi dəyişiklik müzakirələrə səbəb olub.
Sənətçinin sosial şəbəkədə paylaşdığı fotosuna yüzlərlə şərh yazılıb.
Əksəriyyəti bu makiyajın Xatirəni yaşlı göstərdiyini, ona yaraşmadığını vurğulayıb. Bir çoxları isə müğənninin kökəldiyini yazıb.
Xatirənin sinəsini plastik əməliyyat etdirdiyi, böyütdürdüyü də vurğulanıb. Əslində isə fotoya yaxından baxanda sənətçinin sinəsinə qrim olunduğunu aydın görmək mükündür. Boğaz hissəyə açıq, süd vəzilərinin üstünə isə çox tünd tonal krem çəkilməsi qrimi kobud şəkildə büruzə verib.
Əslində xaricdə də sinəyə silikon effekti vermək üçün bu cür qrim edilir. Xatirədə isə tonal kremlərin rəngləri arasında çox fərq olduğu üçün bu qrim uğursuz alınıb./axşam.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?