Gülben Ergenin evli kişiləri yoldan çıxarması ilə bağlı verilişində qeyri-etik ifadələrə yol verən və 3 günlük həbsə məhkum edilən aparıcı-müğənni Seren Serengil sosial şəbəkədə ilk dəfə sevgilisi olduğunu etiraf edib.
Seren müğənni Yaşar İpeklə eşq yaşadığını elan edib. Yaşarla şəklini paylaşan Serengil yazıb:
“Kişi olmaqla, adam olmaq fərqli şeylərdir. Mənim üçün mübarizə aparacaq, mənə söz dedirtməyəcək bir adama rast gəlməyəli nə qədər uzun zaman olmuşdu. Neçə gündür həbsə getməyim deyə bütün vəkil dostlarınla görüşüb mənim üçün nələr etməyə çalışdığını görürəm. Ürəyinin parçalandığını gördüm. Sənən nə qəhvə hazırlamışam, nədə üzərində əməyim var. Başımda birinin olduğunu hiss etmək necə gözəldir! Mənə qadın olduğumu xatırlatdın. Pis günümdə nə qədər yaxşı oldun mənə...”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?