Müğənni Hadisə Türkiyə Televiziya Şurası (RTÜK) tərəfindən “erotik” damğası qoyulduğu "Sıfır tolerans" adlı klipindən sonra yeni ekran işini təqdim edib.
İfaçı "Farkımız Var" adlı mahnısına yeni klip çəkdirib.
Lakin yeni ekran işi əvvəlkindən xeyli fərqlənir. Belə ki, bu dəfə Hadisə alt paltarında deyil, gödəkçə ilə kameralar qarşısına keçib. Klipin əvvəlindən sonunadək gödəkçəni əynindən çıxartmayan sənətçinin ekran işində tərəf müqabili yoxdur.
Xatırladaq ki, RTÜK musiqi kanallarını Hadisənin “Sıfır Tolerans” klipini yayımladığı üçün cəzalandırmışdı. Buna səbəb açıq-saçıq səhnələrin uşaq və gənclərin fiziki, əxlaqı inkişafına zərər verəcək hərəkətlərə yol verildiyi iddia edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?